Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pandemiyanın başa çatacağı vaxt açıqlandı: Hər ölkə üçün müddət verildi

6-02-2021, 13:29   


Pandemiyanın başa çatacağı vaxt açıqlandı: Hər ölkə üçün müddət verildi

Koronavirusun sona çatması və əvvəlki həyata qayıdış üçün dünya əhalisinin 75 faizi peyvənd olunmalıdır.
Cebhe.info xəbər verir ki, bu barədə "Bloomberg" ekspertləri hesablama aparıb. Bunu üçün isə 7 il tələb olunur.
Mütəxəssislər hesab edirlər ki, indi peyvəndləmə tempi nəzərə alınarsa, məqsədə ən çox yaxınlaşan İsrail və Birləşmiş Ərəb Əmirliyidir. Bu ölkələrdə artıq iki aydan sonra əhalinin böyük hissəsi peyvənd olunacaq. Bu ölkələrdən sonra Böyük Britaniya gəlir.
Bu ölkədə əhalinin 75 faizinin vaksinasiyası yarım ilə tamamlanacaq. Dördüncü yerdə ABŞ-dır. Burada ştatlar arasında fərq olsa da, ümumilikdə gələn il 75 faiz əhali peyvəndlənmiş olacaq.
İtaliyada əhalinin 75 faizinin peyvəndlənməsi 2,5 il, Almaniyada 3,1 il, Fransada 3,8 il, Çində 5,5 ilə başa çatacaq. Kanada, Rusiya və Hindistanda isə müddət daha uzundur - 10 il.
Xəzər
/Anaxeber.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar