Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazir müavini Məhəbbət Vəliyeva vəzifədən niyə və nə vaxt azad olunub... YENİLƏNİB

1-02-2021, 12:46   



Təhsil Nazirliyi nazir müavini Məhəbbət Vəliyevanın işdən çıxmasının səbəbini açıqlayıb.
“Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

***11:17
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.  Bununla bağlı nazir tərəfindən müvafiq sənəd imzalanıb. O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar