Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qida Təhlükəsizliyi Agentliyinin "soğan əməliyyatı"

1-02-2021, 11:22   
 

"Qida Təhküsizliyi Agentliyi tərəfindən Qazaxıstandan ölkəmizə idxal edilən 650 ton  soğan məhsulunun istehlak üçün yararsız olduğu bildirilib. Lakin qeyd etmək isdəyirəm ki,  gətirdiyimiz məhsullarda heç bir nitrat qalığının olmadığı Qazaxıstan Respublikası tərəfindən bütün labaratoriya analiz sənədlərində göstərilib". Bu barədə ANXEBER.info-ya sahibkar Vüqar Əhədli bildirib. Onun sözlərinə görə,  09.12.2020-ci il tarixli 6535 nömrəli sınaq protokolu əsasında  labaratoriya sənətlədləri gömrük müşahidə sənədləri ilə birgə malların üzərində təqdim edilib.   Sahibkar deyir ki, Rusiya Federasiyasında və Qazaxıstan Respublikasında malların idxalı zamanı malların labaratoriya analizləri dövlət sərhətlərində təşkil olunur. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinin 3.0.8. maddəsində gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirləri həyata keçirmək vəzifələri göstərilmişdir. Lakin Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrində Qida Təhlükəsizliyi Agentliyi tərfindən malların labaratoriya analizləri təşkil edilmir. Əksinə sahibkarlara idxal olunan malların bütün gömrük,  vergi və rüsumları ödətdirilir, kənd təsərrüfatı kimi tez xarab olunan malları bir xeyli müddətdə məsul saxlanca götürülür. Saxlanc zamanı tez xarab olunan kənt təsərüfatı mallarının keyfiyyətinin azalması və çəkisinin itirilməsi halları baş  verir. "Bundan sonra labaratoriya analizlərinin cavabları gəlir ki, sənin məhsullarında nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.  Necə olur ki, sahibkara həm vergi ödətdirirlər həm də mallarını yarasız çıxardırlar. Bu qayda ilə Qida Təhlükəsizliyi Agentliyi  tərəfindən labaratoriyanın təşkil edilməsi  sahibkarların hüquqlarının açıq aşkar pozulması deməkdir. Nəyə görə bizdə də  Rusiya Federasiyası və Qazaxıstan Respublikası kimi malların labaratoriya analizləri dövlət sərhədinin buraxılış məntəqələrində aparılmır. Əgər Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrində Qida Təhlükəsizliyi Agentliyi  tərəfindən malların nitrat qalığının araşdırlması üçün  labaratoriya analizləri aparılarsa,  sahibkarda malların yarasız olduğunu qabaqcadan bilər, həmin yararsız malları göndərən ölkəyə geri   qaytarar  və sahibkar  yararsız mallara görə  gömrük və vergi rüsumları ödəyərək ziyana düşməz.   Qida Təhlükəsizliyi Agentliyi tərəfindən  öz rəsmi səhifəsində məlumat yayaraq yararsız saydığı  Qazağıstan Respublikasından 650 ton soğan məhsuluna görə mənim tərəfimdən 70000 manatdan çox  gömrük  ƏDV  rüsumu ödənilib. Bu şəkildə sahibkarı ziyana salınması başa düşülən hal deyil və heç bir qanuna sığmır", - deyə sahibkar qeyd edib. O əlavə edib ki, Qazaxıstan Respublikasının 09.12.2020-ci il tarixli 6535 nömrəli labaratoriya  sınaq protokolu əsasında nitrat qalığı normada olub:   "Bundan başqa  Bərdə  regional  bölməsinin  əməkdaşları  tərəfindən prosedur pozuntsuna yol vermişdir. Belə ki, malların nümunələrini labaratoriya analizləri üçün 05.01.2021-ci il tarixində  Bərdə  regional  bölməsinə  təqdim  etmişəm.  Lakin  altı  gündən sonra  11.01.2021-ci il tarixində nümunələr labaratoriyaya təqdim olunmuş  və  12.01.2021-ci il tarixində  AZ-20111143/LAB01-21001-T-001  və   AZ-20111143/LAB01-21002-T-002   sınaq protokoları ilə  labaratoriya analiz cavabları təyin olunmuşdu. Lakin həmin sınaq protokollar vaxtında  mənə təqdim edilməmişdir.  Protokola  uyğun olaraq sınaq protokolu sahibkara  təqdim edildikdən  sonra 7 iş günü müddətində  sahibkarın sınaq nəticəsindən etirazlarını, şikayətlərini vermək hüququna malikdir. Lakin Qida Təhlükəsizliyi  Agentliyinin Bərdə regional bölməsi tərəfindən sınaq prtokolları bilərəkdən vaxtında  mənə təqdim edilməmiş, bu səbəbdən   etiraz və şikayət vermək hüququmdan məhrum olmuşam.  29.01.2021-ci il tarixində AQTA-nın  Bərdə regional  bölməsinə  gedərək  sınaq  protokollarını  tələb   etmişəm.   Bundan başqa başa düşürük ki, Rusiya Federsiyası və Qazaxıstan Respublikası  Azərbaycan  pomidor məhsullarına idxal qadağası tətbiq edib.   Nə üçün dövlətlərarası siyasi amillərə görə Azərbaycan  sahibkarları  kütləvi  şəkildə  ziyan  çəkməlidir".
anaxeber.info




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar