İranın paytaxtı Tehran şəhəri istiqaməti üzrə uçuş edən Türkiyə şirkətinə məxsus təyyarə gözlənilmədən Bakıya enib.Axar.az xəbər verir ki, bu barədə yerli mətbuat oqranları məlumat yayıb.
İranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanının açıqlamasına əsasən, pilot hava şəraitinə görə Tehranda eniş edə bilməyib.
İran KİV-in yazdığına görə isə hava limanına elektrik enerjisinin verilməsi kəsilib və təyyarələrin qəbulu dayandırılıb. Türkiyənin təyyarəsi da kursu dəyişərək, Bakıda enmək məcburiyyətində qalıb.
Bundan sonra isə Tehranın bir neçə rayonunda həyəcan siqnalı eşidilib.
İSNA agentliyinin Tehran hakimiyyətindən əldə etdiyi məlumata görə, həyəcan siqnalı təşkilatlardan birinin sistemində nasazlıq yarandığı üçün baş verib. Sirendə güclü yağışdan sonra nasazlıq yaranıb.
Qeyd edək ki, bu gecə Tehranda həyəcan siqnalının işə düşdüyü və bunun narahatlıq yaratdığı açıqlanmışdı.
Anaxeber.info