Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyev-Putin-Paşinyan görüşünün təfərrüatı... - Katolikos

10-01-2021, 12:16   


Əliyev-Putin-Paşinyan görüşünün təfərrüatı... - Katolikos
Rəsmi İrəvan hər hansı razılaşma imzalayaraq dövlətçiliyimizi təhlükəyə atmamalıdır.
Anaxeber.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Böyük Kilikiya Evinin katolikosu I Aram deyib.
"Ermənistan dövlətinin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edə biləcək qeyri-müəyyən məqamlar var. Atəşkəs bəyannaməsindəki bu məqamların Ermənistanın istəyi və Rusiyanın köməyi ilə aydınlaşdırılması lazımdır. Yanvarın 11-də Moskvada keçiriləcək Əliyev-Putin-Paşinyan görüşünün gündəliyinin təfərrüatı ilə tanış deyiləm. İnanırıq ki, İrəvan hər hansı razılaşma imzalamaqla Ermənistanın dövlətçiliyini təhdid etməyəcək", - I Aram vurğulayıb.
Qeyd edək ki, yanvarın 11-də Moskvada Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcəyi gözlənilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar