Koronavirusun yeni ştammının Azərbaycana gəlmə təhlükəsi varmı? – AÇIQLAMA – VİDEO
5-01-2021, 12:25
“Koronavirusun müəyyən edilmiş yeni ştammının ölkəmizə gəlmə təhlükəsi hələ ki, yoxdur”. Anaxeber.info Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişiyev deyib. O bildirib ki, son günlər koronavirusun yeni ştammının təhlükəsi insanları narahat edir: “Bir sıra ölkələrdə virusun mutasiyaya uğramış yeni forması aşkar olunsa da, hələ ölkəmizdə rast gəlinməyib. Xarici ölkələrdən respublikamıza gələn hər bir şəxs koronavirusun bütün ştammlarına qarşı tam müayinədən keçirilir”. Həkim-infeksionist insanları təşvişə düşməməyə çağırıb, profilaktik tədbirlərin vacibliyini vurğulayıb. Qeyd edək ki, koronavirusun yeni variantına ilk dəfə Böyük Britaniyada rast gəlinib.