Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiyası yeni qaydalarla təşkil ediləcək.Belə ki, qoşunların ənənəvi keçidində silahlı qüvvələrin bütün növləri iştirak edəcək, amma hərbi qulluqçular arasında sosial məsafə qaydasına riayət olunacaq. Bu halda mülki parad bütün ölkə üzrə virtual formatda keçiriləcək. Digər qayda isə budur ki, inauqurasiyaya dəvət edilən Konqresin 435 üzvü özləri ilə mərasimə yalnız bir qonağı gətirə bilər.
Ümumiyyətlə, koronavirusun dünya üzərindəki təsiri nəticəsində 2020-ci ildə bir çox yeniliklərin şahidi olduq. Gündəlik həyatın virusun "ağalığı" altında qalması dünya düzənində yeni qərarların ortaya çıxması ilə nəticələndi.
Cebhe.info budəfəki araşdırmasında virusun dünyaya gətirdiyi yenilikləri təqdim edəcək.
*Ölkələr beynəlxalq uçuşları ləğv etməyə başladıVirusun yayılmasının qarşısının alınması məqsədilə ilk zamanlar ölkələrin həyata keçirdikləri ən önəmli tədbir beynəlxalq uçuşların dayandırılması oldu. Bu öncə virusun episentri sayılan Çinin irəli atdığı addım idi. Hazırkı nəticəyə baxarsaq, bu təcrübənin xeyli işə yaradığını söyləmək olar. Bu tədbirə gec başlayan və ya azalan yoluxmalar zamanı yenidən "qapılarını açıq elan edən" ölkələrdə ikinci dalğanın hansı səviyyədə olduğunun şahidi oluruq. Almaniya buna nümunə ola bilər.
*Beynəlxalq toplantılar onlayn formatda təşkil olunmağa başladıVirusun yayılmasının qarşısının alınması ilə əksər beynəlxalq toplantılar da onlayn formatda təşkil edildi. Bununla da beynəlxalq konfrans sistemində yeni mərhələyə qədəm qoyuldu. Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Direktorlar Şuralarının illik toplantısının payız sessiyası onlayn formatda keçirildi.
*Təhsildə yeni mərhələ: Distant təhsilTəhsil müəssisələrinin qapanması distant təhsilə keçidi gərəkli etdi və təhsildə yeni mərhələyə start verildi. Artıq 1 ilə yaxındır ki, əksər ölkələr bu praktikadan istifadə edir. Lakin onlayn təhsilin keyfiyyəti ilə bağlı problemlər bir çox ölkələrdə qalmaqdadır.
*Yerində xidmət daha da aktuallaşdıRestoran və kafe kimi qapalı məkanlarda yerində xidmət virusun yayılmasından sonra daha da aktuallaşdı. Hazırda ölkəmizdə də bu sistem tətbiq edilir.
*İş yerlərində işçi qüvvəsi azaldıldıPandemiya şəraitində bir çox iri müəssisələrdə işçi qüvvəsi azaldıldı. Məsələn, hələ pandemiyanın əvvəlində ABŞ-ın aviasiya nəhəngi olan “Boeing” korporasiyası koronavirus pandemiyası ilə əlaqədar üzləşdiyi çətinliklər səbəbilə bütün dünyada olan işçilərinin 10 faizini ixtisar etdi.
Naibə
Cebhe.info