Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Çindən peyvəndlə bağlı ŞAD XƏBƏR

30-12-2020, 15:32   


Çindən peyvəndlə bağlı ŞAD XƏBƏR
Çinin “Sinopharm” şirkətinin hazırladığı COVID-19 peyvəndi 79,3% effektivdir.
Publika.az xəbər verir ki, bu barədə “Sinopharm”ın Pekin Bioloji Məhsullar İnstitutunun internet saytında açıqlama dərc olunub.
Bildirilib ki, peyvəndin 3-cü mərhələ sınaqları başa çatdıqdan sonra dövlət qeydiyyatı üçün müraciət edilib.
Qeyd edək ki, şirkət ilk dəfədir sınaqların son mərhələsi ilə bağlı rəsmi açıqlama verir.
Bu peyvənd Qərbdə hazırlananlar kimi 2 doza formasında qəbul edilir.
Bu arada, “Beijing Youth News” qəzeti Çinin “Sinovac” şirkətinin Pekində ildə 1 milyard ədəd peyvənd istehsal etmək potensialına malik mərkəz inşa edəcəyini yazıb.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar