Qaynarinfo xəbər verir ki, həkim geniş ictimaiyyətin bilməli olduğu vacib məqamları açıqlayıb:

- Qəti surətdə ağızdan ağıza, qonşuların, qohumların məsləhəti ilə müalicələr etməyin! Çox vacibdir! Son günlərdə təəssüflər olsun ki, özbaşına müalicə alıb ağırlaşan və hətta ölən xəstələr müşahidə edirik!
- Heç bir şikayəti olmayan-xəstəlik əlamətləri olmayanlar, profilaktika üçün heç bir dərman, sistem qəbul etməyin! Bunların xeyri yox, ziyanı olur!
- Əgər sizdə COVİD-19-un əlamətləri başlayıbsa, panikaya düşüb antibiotik, sistem, deksametazon qəbul etməyin! İlk günlərdə bunların xeyri yox, ziyanı olur!
- Əlamətlər başlayan ilk 5 gündə favipiravir preparatı kömək edir (tam təsdiqi olmasa da!)
- İlk 1 həftədə şəkərli diabeti və digər damar xəstəlikləri olmayanlar, qızdırması 38-dən aşağı olanlar, mədə və 12 barmaq bağırsaq xorası olmayanlar gündə 1 dəfə 100 mq aspirin yeməkdən sonra, vit C - gündəlik 1000 mq-a qədər, vit D - gündəlik 3500 tv, sink, selen, maqnezium qəbul etsin.
- Bununla bərabər qızdırma 38-dən yuxarı qalxarsa, əlavə olaraq 500 mq parasetamol və ya parasetamol tərkibli qriphot, koldreks və s. qəbul edə bilərsiz.
- Saturasiyası 90-dan aşağı düşərsə, təcili yardıma zəng edib stasionar müalicəsi tələb edin!
- Xəstəlik əlamətləri olanlar qanın ümumi analizi, crp, koaquloqramma, d-dimer, ferritin analizləri versə, yaxşı olar.
- Saturasiya 90-dan aşağı düşərsə, mütləq KT müayinəsi edin!
- Professional, COVİD-19 xəstəliyinin müalicəsi ilə məşğul olmayan həkimin məsləhəti olmadan antibiotik, deksametazon qəbul etməyin!
- 3 məşhur qaydaya - maska, məsafə və əl gigiyenasına ciddi riayət edin! Özünüzü qoruyun! Sağlam olun...