Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həkimdən etiraz: “İnsanları təşviş içində saxlamaq kimə sərf edir?”

26-12-2020, 12:55   


Həkimdən etiraz: “İnsanları təşviş içində saxlamaq kimə sərf edir?”

“Hərdən mənə elə gəlir ki, dünyanın lap başında oturanların məqsədi bütün bəşəriyyəti stress altında saxlamaqdır.
Mən komple teoriyalardan uzaq adamam. Amma letallıq dərəcəsi cəmi 1-2 % olan COVID-19 ətrafında KİV vasitəsilə bütün dünyaya təbliğ olunan, mediada hay-küy qaldırılan, kütləvi isterik reaksiyanı anlamıram”.
Cebhe.info xəbər verir ki, bunu tanınmış həkim-nevropatoloq Qalib Əsədov deyib.
O, dünyada müxtəlif xəstəliklərdən baş verən ölüm statistikalarına toxunub:
“Bu il onkoloji xəstəlikdən ölənlərin ümumi sayı: 8 milyon nəfər,
Özünə qəsd edib, öldürənlərin sayı: 1,1 milyon nəfər,
Avtoqəzada ölənlərin sayı: 1,3 milyon nəfər,
SİPİD-dən ölənlərin sayı: 1,6 milyon nəfər,
Vərəmdən ölənlərin sayı: 1,7 milyon nəfər,
İçkidən ölənlərin sayı: 2,5 milyon nəfər,
Digər infeksion xəstəliklərdən ölənlərin sayı: 12,7 milyon nəfər,
COVID-19-dan isə, bu il ərzində ölənlərin sayı: 1,7 milyon nəfərdir.
Özünüz təhlil edin. Hansı nozologiya daha çox insanı öldürüb? Onlara qarşı münasibət tam adekvatdır.
COVID-19 ətrafındakı hay-küy isə bir ilə yaxındır səngimək bilmir”.

Həkimin sözlərinə görə, son dövrlər vaksinlər haqqında söhbət getməyə başlayıb. İnsanlar bir az rahatlaşıb ki, nəhayət bu vaksini vuracaqlar və əvvəlki həyatımıza qayıdacağıq:
“Elə bu zaman Böyük Britaniyada yeni mutasiya baş verib və yoluxuculuq qabiliyyəti çox yüksəkdir. KİV tirajlamağa başladı bu məlumatı. İnsanlar yenidən panikaya düşdülər.
Mutasiya yeni bir şey deyil ki? Bu 9 ayda dəfələrlə bu virus mutasiya olub, nəsə dəyişib? Əgər bu mutasiya elə qorxuludursa, az müddətdə bütün Avropaya yayılıbsa, niyə təkcə Britaniya sərhədləri bağladı? Hətta deyirlər Avstraliyaya qədər gedib çıxıb. Bəs niyə digər ölkələr Britaniya kimi hərəkət etmədilər?
Niyə karantin tətbiq edilməyən ölkələrdə yoluxma və ölüm sayı daha azdır?
Ümumdünya Səhiyyə Təşkilatının bir-birinə zidd olan bəyanatlarını heç anlamıram. Baş epidemioloqu Mariya Van Kirxhof deyir karantin lazım deyil, Azərbaycandakı nümayəndəsi sərtləşməyin tərəfdarıdır. İnsanları panikada, təşviş içərisində saxlamaq kimə sərf edir?”
Alçina Amilqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar