Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kim nə qədər icbari tibbi sığorta ödəyəcək? – Detallı izah

25-12-2020, 13:46   


Kim nə qədər icbari tibbi sığorta ödəyəcək? – Detallı izah

“Gələn il yanvarın 1-dən icbari tibbi sığorta ilə bağlı ödənişlər başlayır. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% tibbi sığorta haqqı tutulacaq. Yəni dövlət və neft sektorunda çalışanlar - məsələn, 500 manat maaş alırsa, 10 manat işəgötürən, 10 manat da işçi tibbi sığorta pulu ödəyəcək”.
Cebhe.info xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib:
“Özəl sektora 2021-ci ildə güzəşt edilir, bu sahədə həm işəgötürən, həm işçi 1% tibbi sığorta pulu ödəyəcək, yəni özəl sektortda çalışanlar - məsələn, 500 manat maaş alırsa, 5 manat işəgötürən, 5 manat da işçi ödəniş edəcək. Amma 2022-ci ildən bu sahədə də ödənişlər 2% hesablanacaq.
Prinsip etibarı ilə bu o qədər də böyük məbləğ deyil, amma öncədən icbari tibbi sığorta vətəndaşa nə verir, bu məsələyə aydınlıq gətirilməlidir. Bu məsələdə ciddi qarışıqlıqlıq var, sullar meydana çıxır: Dövlət və neft sektorunda maaşlar müxtəlifdir, 300 manatdan 3000 manatadək dəyişir, eyni qaydada ödənişlər olunsa - məsələn, 300 manat alan aya 12 manat (həm özü, həm işəgötürən) ödəyəcək, bu ilə 144 manat edir, həmin şəxs il ərzində icbari tibbi sığortaya görə - məsələn, əməliyyat oluna biləcəkmi? Ya da, bahalı analizlər verə, UZİ, MRT-dən keçə biləcəkmi?”
İqtisadçı qeyd edir ki, özəl sektortda maaşlar daha azdır və qeyri-rəsmi iş yerləri daha çoxdur? “Bu sektortda 300 manat maaş alan 2021-ci ildə 72 manat ödəniş edəcək, xəstələnsə, ya da tibbi müayinə lazım olarsa, ona hansı xidmətlər göstəriləcək?! Qeyri-rəsmi çalışanların sayı çoxdur, onların rəsmiləşdirilməsi üçün hansı təşviq addımları olacaq?! Uşaqlar, təqaüdçülər, işsizlər üçün dövlət ayda 10 manat ödəyəcək. İlə 120 manata bu şəxslər hansı xidmət ala biləcəklər?!
Bu suallara aydın cavab olmasa, həkimlərin də maraqları nəzərə alınmasa, vətəndaşın özünün və işə götürənlərin icbari tibbi sığortaya marağı yaranmasa, bu institutunun işlək olması mümkün deyil.
Məhz belə səbəblərdəndir ki, 21 ildi qərar verilib, hələ də hayata keçirilmir”.
Xatirə
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar