Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“KORONAVİRUS TESTLƏRİ İLƏ BAĞLI MONOPOLİYANI ARADAN QALDIRMAQ LAZIMDIR” - Deputat

18-12-2020, 12:47   




“Özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri koronavirusla mübarizəyə cəlb edilməlidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Urud deyib.
Deputat bildirib ki, bunu məcburi etmək olmaz: “Amma müxtəlif həvəsləndirici tədbirlərlə bunu etməliyik. Açıqlama vermişdilər ki, bir xəstəyə gündəlik 100-150 manat xərclənir. İcbari Tibbi Sığorta Agentliyi özəl müəssisələrə 200 manat ödəyə bilər. COVID-19 xəstələrini xəstəxanaya yerləşdirməliyik”.
Deputat təklif edib ki, ekspress testlər ölkəyə gətirilib, satılsın: “Test sahəsində monopoliyaya son qoyulmalıdır. Hər kəs ekspress testlər vasitəsilə özü evdə test edə bilər”.
Deputat qeyd edib ki, 600 min nəfərə qədər insana yenidən 190 manat veriləcək: “Bu siyahıya yenidən baxılmalıdır. Hamımız əlimizi daşın altına qoymalyıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar