Milli Məclisin dekabrın 18-də keçiriləcək plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.Dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.
Dəyişikliklə Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər
200 manatdan
400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,
1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər
5 min manatdan
11 min manatadək məbləğdə cərimə ediləcək.
Qanun hazırki varinatında isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər
200 manatdan
400 manatadək məbləğdə, vəzifəli şəxslər
3 min manatdan
4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,
1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər
4 min manatdan
10 min manatadək məbləğdə cərimə edilir.
Cebhe.info