Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Laçın şəhərinin girişi üçün lövhə hazırlandı: Sakinlər siyahıya alınır - RƏSMİ

9-12-2020, 12:46   


Laçın şəhərinin girişi üçün lövhə hazırlandı: Sakinlər siyahıya alınır - RƏSMİ

Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb.
Bu barədə icra hakimiyyətindən məlumat verilib.
Məlumata görə, İcra Hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır: "Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır. Hazırda rayon polis şöbəsi işğaldan azad olunan əraziyə köçürülüb, postlar müəyyənləşdirilir".
Artıq Laçın şəhərinin girişi üçün xüsusi lövhə də hazırlanıb: "Yaxın günlərdə lövhə Laçın şəhərinin girişində, Laçın dəhlizində yerləşdiriləcək".
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar