
"Bu il noyabrın 10-da qazanılan qəti qələbə xalqımızın 27 il ərzində gecə-gündüz can atdığı ən böyük zəfəri, ən böyük uğuru, ən böyük hünəri oldu. Bu qələbə ilə Ali Baş Komandanımızın, şanlı ordumuzun və bu ordunu yetişdirən
Azərbaycan xalqının adı əbədi olaraq tarixə yazıldı”.
PİA.az bildirir ki, bu sözləri Day.az saytına açıqlamasında
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirib".
K. Qafarov demişdir ki,
Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə ordumuzun gücündən geniş bəhs edərək “Bu qələbənin birinci qəhrəmanı
Azərbaycan əsgəridir,
Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” çağırışını etdi. O, bildirdi ki, 30 ilin reallığı bu idi ki, torpaqlarımızı müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi.
Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa,
BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasına çağırış etsə də, ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Amma bunun əksi olaraq
Azərbaycan Ordusu 44 gündə yeni reallıqlar yaradaraq, bütün dünyanı heyrətləndirməyi bacardı.
Millət vəkilinin fikrincə, noyabrın 10-da
Azərbaycan və
Rusiya Prezidentlərinin, eləcə də
Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, nəticə etibarilə işğalçı
Ermənistanın tam məğlubiyyəti,
Azərbaycanın isə, birmənalı şəkildə, çox böyük siyasi qələbəsidir.
Əslində, elə həmin gün qüvvəyə minən bəyanatda əvvəllər
Prezident İlham Əliyevin gündəliyə gətirdiyi şərtlər öz əksini tapmışdır.
Azərbaycan dövlətinin qan tökmədən digər torpaqların da azadlığını təmin etdiyini vurğulayan K.Qafarov onu da qeyd edib ki, bu bəyanatda Dağlıq Qarabağın hər hansı bir statusundan söhbət belə açılmır. Bu, diplomatik, siyasi müstəvidə cənab
Prezidentimizin qazandığı ciddi uğur, böyük qələbə kimi qiymətləndirilməlidir.
Sentyabrın 27-dən bu günə qədər xalqımız bir yumruq kimi birləşərək öz
Prezidentinin və ordusunun dayağı oldu. Bu günlər ərzində siyasi kimliyindən, mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız ümummilli mübarizəmizə, haqq savaşımıza öz töhfəsini verdi. Məhz bunun nəticəsidir ki, düşmən bütün cəbhələrdə acı məğlubiyyətə uğradıldı. Hər kəs
Azərbaycan xalqının, dövlətinin gücünü,
Azərbaycan ordusunun və hərbi potensialının qüdrətinin gördü.
Millət vəkilinin fikrincə, dövlətimizin başçısının cəsarəti, qətiyyəti, tükənməz enerjisi və möhkəm iradəsinin nəticəsidir ki, Qarabağda,
Cəbrayılda,
Füzulidə,
Zəngilanda,
Qubadlıda,
Şuşada, 300-ə yaxın kənd və qəsəbədə, onlarla strateji yüksəklikdə müqəddəs üçrəngli bayrağımız dalğalanır. Noyabrın 10-da imzalanmış tarixi bəyanata əsasən, bu ayın 15-dək
Kəlbəcər, noyabrın 20-dək
Ağdam və
Qazaxın kəndləri, nəhayət, dekabrın 1-dək isə
Laçın rayonu qansız-qadasız işğaldan azad olunacaq, öz həqiqi sahiblərinə qaytarılacaqdır.
K.Qafarov demişdir ki, heç şübhəsiz ki, bu prosesdə, qələbələrimizin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin çox böyük əhəmiyyəti olmuşdur.
Azərbaycan xalqı və dövləti son yüzilliklərdə anoloqu olmayan çox böyük tarixi və hərbi zəfər qazanmışdır. Dünən 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüş zamanı Ali Baş Komandanımız
İlham Əliyev bu zəfərin əhəmiyyətini çox dəqiqi fadə etdi:”...Bu qələbə
Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik.
Füzuli,
Cəbrayıl,
Zəngilan,
Qubadlı,
Şuşa şəhərlərini hərbi güc hesabına azad etdik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki,
Azərbaycanın gücü nədən ibarətdir!”