Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Erməni generalın bu gün təcili şəkildə Azərbaycana gəlməsinin SİRRİ - İrəvan üçün DƏHŞƏTLİ 2 YOL

15-05-2018, 16:42   
 

Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general Movses Akopyan bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

 publika.az xəbər verir ki, erməni general Xankəndində qondarma rejimin “prezidenti” Bako Saakyan və “müdafiə naziri” ilə görüşüb.

Ermənistan mediası bu səfərin təcili və gözlənilməz olduğunu yazıb.

Akopyanın səfərinin Qarabağdakı erməni ordusunu yoxlamaq məqsədi daşıdığı deyilir. Lakin Ermənistan tərəfinin cəbhədə yeni təxribatlara əl ata biləcəyi ehtimalı də istisna edilmir.

Qeyd edək ki, bundan əvvəl Bako Saakyan cəbhə xəttindəki erməni əsgərlərinə baş çəkərək, müdafiə xəttinin gücləndirilməsi tapşırığını vermişdi. İndi Movses Akopyanın bu səfəri xüsusi diqqət çəkir.

Ermənistandakı inqilabdan sonra işğalçı ölkədə daxili situasiya qarışıqdır. Ekspertlər hesab edirlər ki, işğalçı cəbhədə yeni təxribata əl ata və proseslər müharibənin başlanmasına səbəb ola bilər.

Burada iki variantın olması mümkündür:

Birinci: ABŞ Paşinyanın əli ilə Qarabağda müharibəni başladır və bölgədə Rusiyaya qarşı yeni cəbhə açır.

İkinci: Ermənistanda hakimiyyəti yenidən ələ almaq istəyən “Qarabağ klanı” Rusiyanın dəstəyi ilə müharibəni başladır və məğlubiyyəti Paşinyanın üzərinə yıxaraq, onu Levon Ter-Petrosyan kimi hakimiyyətdən uzaqlaşdırır.

Bu istiqamətdə “kavkazplus” analitik portalının proqnozları da diqqət çəkir.

Movses Akopyan erməni ordusunun “aprel müharibəsi”ndə məğlubiyyətindən sonra Serj Sarkisyan tərəfindən baş qərargah rəisi postuna gətirilib. O, “Qarabağ klanı”nın üzvü sayılır, həmçinin, bu gün Qarabağda qondarma rejimə “rəhbərlik” edənlər də bu klana daxildirlər. Nikol Paşinyanın Putinlə görüşündən sonra Akopyanın Qarabağa gəlməsi “Qarabağ klanı”nın müharibə yolu ilə hakimiyyətə qayıdışı ssenarisini ön plana çəkir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar