Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

WhatsApp-dan gözlənilən yenilik

2-02-2015, 18:18   
WhatsApp-dan gözlənilən yenilik
Şirkət səsli zəng funksiyasını açıq yoxlamağa başlayıb
WhatsApp mesajlaşma proqramı yeni xidmətini testdən keçirməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, şirkət səsli zəng funksiyasını açıq yoxlamağa başlayıb. Artıq məşhur messencerin yeni xidmətinin görüntüləri də yayılmağa başlayıb.

Reddit saytında yayımlanan fotolardan yeni xidmət üzərində çalışıldığı müşahidə edilir. Hazırda WhatsApp vasitəsilə Android (versiya 5.0)və "Nexus 5" mobil qurğularının sahibləri zəng edə bilərlər.

Görüntülərdən birində "Calls" əlavəsi əks edilib. Bu funksiya vasitəsilə mobil telefonunuzdan heç bir kontur istifadə etmədən zəng etmək mümkün olacaq. Şirkət yaxın müddətdə bu xidmətini bütün mobil qurğular üçün istifadəyə verəcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar