Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Azərbaycanlı müğənni sevgilisindən ayrıldı: toy olmayacaq

24-11-2014, 14:34   
Azərbaycanlı müğənni sevgilisindən ayrıldı: toy olmayacaq
İkinci dəfə ailə qurmaq istəyən sənətçi Mətanət Əsədovanın sevgi oxu daşa dəyib.
atvxeber-ə ayrılıq acısı çəkdiyindən danışan müğənni, sevgisində yanıldığını, artıq ailə qurmaq fikrindən vaz keçdiyini söyləyib: “Mən axtardığım biri deyildi. Yanıldım. Ailə qurmaq fikrim yoxdur. O çətin bir şeydir. İkinci dəfə ailə qurmağa hazırlaşırdım, amma vaz keçdim”.

Müğənni xəyalındakı “ağ atlı oğlan” obrazını isə belə canlandırıb: “Doğrusu, öz xarakterimdə, mənim kimi baxımlı, sadiq, mehriban, düz, qeyrətli, sözünü yeməyən, çox ürəkli bir insan tapmaq çətindir. Mən ərköyün insanam, nazlıyam, kövrəyəm. Get-gedə də mən balacalaşıram, böyümürəm. Mənim nazımı çəkmək hər oğulun işi deyil”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar