Sizin Reklam Burada
Tel: 050 378-66-61

Şahin Şıxlinskinin Moskvada saxlanılaraq Yekaterinburqa aparıldığı bildirilir

Bu gün, 10:23   



Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin saxlanılaraq Yekaterinburqa aparıldığı bildirilir. Bu haqda E1.RU portalı onun tanışlarına istinadla yazıb.

66.RU mənbəsinə istinadla Ş.Şıxlinskinin İstintaq Komitəsində dindirildiyini bildirir.

Gazeta.ru diaspor rəhbərinin qətl və hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda şübhəli bilindiyini yazsa da, digər onun mənbələr statusunun bəlli olmadığını qeyd edir.

30 iyul

Rusiya DİN Şahin Şıxlınskini axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini axtarışa verib. "Interfaks" agentliyi bu barədə məlumat yayıb.

"Axtarışın səbəbi: Cinayət Məcəlləsi ilə axtarışdadır”, - Rusiya DİN-in məlumat bazasında bildirilib. Şıxlinskinin hansı cinayət maddəsi ilə axtarışa verildiyi məlum deyil.

Sverdlovsk vilayətində "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının sədri Şıxlinski iyulun əvvəlində saxlanılsa da, sonradan o, sərbəst buraxılmışdı. Məlumata görə, o, əvvəlki illərdə baş vermiş qətllərlə bağlı iş üzrə şahid qismində dindirilir.

Bundan əlavə, məhkəmə qərarı ilə onun oğlu Mütvəli Şıxlinskidə hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilib.



İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli şəxslərə qarşı əməliyyat keçirib, bu zaman iki nəfər həlak olub, 10-a yaxın şəxs saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonrakı günlər Rusiyada Azərbaycan diasporunun bir sıra rəhbərləri və üzvləri də saxlanıb.


Eyni zamanda Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanılıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar