Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sədərək Ticarət Mərkəzini su basdı - FOTO

21-11-2014, 18:37   

Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzini su basıb.

Bu barədə Ticarət Mərkəzində işləyən satıcılar məlumat verib.

Onlar bildirib ki, bu gün səhər saatlarında yağan yağış nəticəsində bir sıra satış obyektlərini su basıb. Kanalizasiya sistemi yaxşı işləmədiyindən su Ticarət Mərkəzinində yığılıb qalıb.

Satıcılar narazılıqlarını bildirərək deyib ki, hadisə ilə bağlı Ticarət Mərkəzinin rəhbərliyi əvvəlcədən qabaqlayıcı tədbirlər görməli idi.

Çünki qarşıdan hələ qış ayı gəlir. Möhkəm qar yağarsa Ticarət Mərkəzinin işi iflic vəziyyətə düşəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar