Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cibgir “yevlaxlı İmarət” tutuldu.

17-11-2014, 22:52   
Cibgir “yevlaxlı İmarət” tutuldu.
Bakı şəhər BPİ-mim Cinayət Axtarış İdarəsi və Yevlax şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirləndirilən qadın saxlanlıb.
istintaqla müəyyən edilib ki, ayda bir dəfə oğlu ilə bərabər Yevlaxdan Bakıya gələn 1962-ci il təvəllüdlü İmarət Nadirova burada cibgirliklə məşğul olurmuş. İki gün Bakıda qalıb cinayət əməllərini törədəndən sora rayona qayıdırmış. Sonuncu dəfə bu il oktyabrın 19-da M.Cəlal küçəsində yerləşən mağazadan manekenin əynindəki paltosunu oğurlayıb.

O, əvvəllər məhkum olunsa da, bunu etiraf etməyib: “Mən tutulmamışam, cərimə olunmuşam. Şərə düşmüşəm. Bir sözlə, mənim başıma corab toxudular”.

Məhkəmənin qərarı ilə İmarət Nadirova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Dəymiş maddi ziyan şübhəli şəxsin yaxınları tərəfindən ödənilsə də, onun digər cinayətlərdə iştrakı istisna olunmur.

Qeyd edək ki, o, rayonda “Yevlaxlı İmarət” ləqəbi ilə tanınır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar