Sizin Reklam Burada
Tel: 050 378-66-61

Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB

Bu gün, 10:00   


Prezident  Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarla hallanan yaxın qohumu İsa Əzizov növbəti dəfə həbs edilib.

 

 İsa Əzizov bu dəfə “See Breeze” İstirahət Mərkəzində dava-dalaş salıb. Bu davadan sonra polis tərəfindən saxlanılan İza Əzizov cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.

O, hazırda Bakıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır. İsa Əzizov bu dəfə Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq)  maddəsi ilə təqsirli bilinir.

 

Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də həbs həyatı yaşamışdı.

Azadlığa çıxdıqdan sonra İsa Əzizov  2019-cu ildə yenidən həbsdə düşdü. Bu dəfə o,  Bakının mərkəzindəki silahlı atışmada iştirak edib. Hadisə zamanı onları polisə tabe olmağa cağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlmişdi.


Qeyd edək ki, əvvəllər İsa Əzizovun  Əliyevlərin bacısı oğlu olduğu barədə məlumatlar yayılsa da soradan Adil Əliyev bunu təkzib edərək bildirib ki, İsa onların uzaq qohumudur.

Gununsesi.info,


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar