Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayonunda yolların əsaslı təmiri ilə bağlı tender elan edib.
Reportyor.info xəbər verir ki, tender sentybar ayının 24-dək davam edəcək.
Yolların əsaslı təmirinin 1 464 279,70 manata başa gələcəyi proqnozlaşdırılır.
Bir neçə gün əvvəl sosial şəbəkərlərdə Abşeronda, xüsusilə rayonun inzibati mərkəzi olan Xırdalan şəhərində yolların bərbad vəziyyətdə olmasını əks etdirən görüntülər yayılmışdı.
Bundan sonra Reportyor.info Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayona rəhbərlik etməyə başladıqdan bu yana yol təmiri ilə bağlı keçirilən tenderlər barədə araşdırma yazısı dərc etmişdi.
Həmin yazıdan bəzi məqamları yenidən xatırlatmaq yerinə düşər.
Beləliklə, Abdin Fərzəliyevin 19 yanvar 2022-ci il tarixdə Abşerona icra başçısı təyin edilməsindən sonra rayonda yolların əsaslı təmiri ilə bağlı 4 tender keçirilib.
Birinci tender 2022-ci ilə, ikinci tender 2023-cü ilə, digər iki tender isə 2024-cü ilə təsadüf edir.
Aydın olur ki, 2022-ci ildə yolların təmirinə 1 199 683,58 manat, 2023-cü ildə 1 261 045,32 manat, 2024-cü ildə isə 2 777 342,16 manat (Xırdalanla birgə) xərclənib.
Göründüyü kimi milyonlarla manat xrəclənən yolların hər il təmirinə ehtiyac duyulub. Bu sirri açmaq artıq müvafiq qurumların işidir.