Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD: “Türkiyə hökuməti bizə söz verdi”

22-09-2014, 12:43   
İŞİD terror qruplaşması türk girovlarının sərbəst buraxılması barədə açıqlama verib.
Axar.az xəbər verir ki, təşkilata yaxınlığı ilə seçilən “Takvahaber” saytı İŞİD-in açıqlamasını yayıb. Açıqlamada 49 girovun əməliyyat nəticəsində deyil, təşkilatın lideri Əbu Bəkr əl-Bağdadinin əmri ilə buraxıldığı bildirilib.
Təşkilat verdiyi açıqlamada Türkiyənin girovların qarşılığında “Səlib İttifaqına” daxil olmayacağı barədə söz verdiyini qeyd edib:
“İslam Dövləti girovların əməliyyatla deyil, şəxsən Xəlifə İbrahim (Əbu Bəkir Əl Bağdadi) tərəfindən sərbəst buraxıldığını bildirir. Girovlar şəxsən xəlifənin əmri ilə Türkiyə hökumətinin “İslam Dövləti” əleyhdarları ilə koalisiyaya girməyəcəyi haqqında verdiyi açıqlamadan sonra sərbəst buraxıldı”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar