Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İstefa verdiyi deyilən Vasif Talıbov oğlu və nazirlərlə rəsmi tədbirdə - FOTO

12-12-2022, 18:57   


Bəzi media resurslarında istefası barədə xəbərlər yayılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov üzə çıxıb.

Musavat.com Manset.az-a istinadən xəbər verir ki, Vasif Talıbov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramını ifadə edib.

Onunla bərabər Nazirlər Kabinetinin, nazirliklərin, komitə, xidmət, baş idarə və təşkilatların rəhbərləri də mərasimdə iştirak edib. Ziyarət zamanı Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov da orada olub.

Qeyd edək ki, dünən Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov Manset.az-a açıqlama verərək Ali Məclis sədrinin istefa verməsi ilə bağlı xəbərləri cəfəngiyyat adlandırmışdı.

vasiff1670851672.jpg (52 KB)

vasiff11670851678.jpg (39 KB)


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar