Bildiyiniz kimi, pandemiya dövründə Azərbaycan və İran arasında quru sərhədlərinin bağlı qalması səbəbilə avtobusların hərəkətinə də icazə verilmirdi.
Cari ilin iyulun 1-də Azərbaycanın Naxçıvan üzərindən İrana və Türkiyəyə quru sərhədlərinin yenidən bağlanması ilə avtobusların hərəkəti növbəti dəfə məhdudlaşdırıldı.
Maraqlıdır, hazırda Bakıdan Naxçıvana İrandan keçməklə avtobus nəqliyyatı işləyirmi?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Cebhe.info-ya bildirilib ki, hazırda avtobusların hərəkətinə icazə verilir.
Naibə
Cebhe.info