Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin nüvə silahı atarsa: Azərbaycanı hansı təhlükə gözləyir?

28-10-2022, 17:05   


Putin nüvə silahı atarsa: Azərbaycanı hansı təhlükə gözləyir?


Rusiya və Ukrayna arasında müharibə davam edir.

Müharibənin gedişində Vladimir Putinin Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduqlarını deməsi müakirələrə səbəb olub.

Bu təhlükənin aktuallaşması ilə bir sıra ölkələrdə nüvə əleyhinə, nüvə partlayışlarının yaratdığı fəsadlardan qorunmaq üçün əhaliyə pulsuz həblər də paylanılıb.

Qonşu ölkə Rusiya belə bir addım atarsa, yaxud bu addıma eyni cür cavab verilərsə, bizi hansı təhlükə gözləyir?Azərbaycana yaxın ərazilərdə nüvə silahından istifadə olunarsa, bu təhlükədən mühafizə olunmağın yolları nədir?

Mövzu barədə Cebhe.info-ya danışan Nüvə Tədqiqatlar Mərkəzinin keçmiş rəhbəri, akademik Adil Qəribov deyib ki, indiki halda yalnız taktiki nüvə silahından istifadə oluna bilər:

“Əgər taktiki, yəni aşağı güclü nüvə silahından istifadə olunarsa, bizim üçün heç bir qorxusu yoxdur. Onlar lokal xarakterlidir, təsir radiusu 30-35 km-dən uzaq deyil.

Amma strateji nüvə silahından istifadə olunarsa, bu artıq vəziyyəti dəyişir, bunun hansı yerlərdə istifadə olunmasına baxmaq lazımdır. Dünyada olan nüvə başlıqlarının hamısını partlatsalar yer kürəsinin dünya kimi qalma ehtimalı az olar. İnanmıram ki, elə bir vəziyyət olsun, o miqyasda olmayacaq.

Əgər Rusiyanı sıxışdırsalar, dünya Rusiyanın üzərinə getsə, taktiki silahdan istifadə eləyə bilər. Onun da bizim respublikaya heç bir ziyanı olmayacaq. Ukrayna ərazisində istənilən bu cür hipotetik partlayışların bizim respublikaya ciddi təsiri olmayacaq. Az şəkildə külək vasitəsilə hansısa bölgəyə gələ bilər, amma qlobal şəkildə bir problem yaşanmayacaq”.

Akademik bildirib ki, böyük silahların Azərbaycana təsiri isə onun istifadə edildiyi formalarından asılı olacaq:

“Başqa böyük silahlar istifadə olunarsa, əhatə elədiyi ölkələrdən, istifadə edildiyi formalardan asılı olaraq təsiri müxtəlif ola bilər. Atom bombalarının havadan, yerüstü, yeraltı partlayış növləri var. Partlayış növlərindən asılı olaraq müxtəlif təsiretmə xarakteri var. Ona görə də o proses haqqında fikir yürütmək çətindir.

Amma arxayın ola bilərik ki, Azərbaycana taktiki nüvə silahlarından heç bir qorxu gəlməyəcək. Çünki bu olsa, Rusiya və Ukrayna ərazisində olacaq. Rusiyanın hərbi obyektləri Qafqaz zonasında yerləşmir. Əsasən, Ural tərəfdədir, oranın da bizə hələlik heç bir təsiri yoxdur”.

Günay Şahmar
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar