Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yazıçılar Birliyinin qurultayıda qalmaqal yaşanıb

26-10-2022, 18:10   


Yazıçılar Birliyinin qurultayıda qalmaqal yaşanıb


Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında qalmaqal yaşanıb.

Cəbhe.info xəbər verir ki, Anarın yenidən sədr seçilməsi zalda əyləşən digər iki - Emil Rasimoğlu və Fuad Cəfərlinin etirazına səbəb olub.

Onlar seçkinin demokratik keçirilmədiyini, çıxış üçün onlara söz verilmədiyini qeyd ediblər.

Bundan sonra, namizədləri qurultayın keçirilməsinə mane olduqları üçün zaldan çıxarıblar.

Qeyd edək ki, seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub.

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar