Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“HAMI BAŞA DÜŞÜR Kİ, RUSİYA UDUZUB...” - “Ukraynanın iki parlaq qələbəsi, Putinin sonunu gətirəcək”

2-10-2022, 08:47   


“Putinin Rusiyadakı fəaliyyətinin son dövrüdür. Onun ətrafındakılar da başa düşürlər ki, artıq uduzublar. Bir müddət sonra Kreml Putini vəzifəsindən kənarlaşdıraraq, daha əlverişli şərtlərlə təslim olmaq üçün Qərbə yalvarmağa başlayacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski Ukrayna mətbuatına açıqlamasında deyib.

Piontkovski Putini və onun ətrafındakı şəxsləri əclaf adlandırıb: “Onların hamısı Ukraynanın məhv edilməsinin tərəfdarı olublar. Normal düşüncəyə malik insanların çoxu indi başa düşür ki, Ukraynada müharibə bitib və Rusiya uduzub. Rusiya üçün indi hakimiyyəti saxlamaq daha vacibdir. Ona görə də Kreml hazırda hər vasitə ilə atəşkəsə nail olmağa çalışır”.

“Ukrayna qoşunlarının iki ciddi, parlaq qələbəsi Putinin sonunu gətirəcək. Və mən əminəm ki, bundan sonra Rusiyada daha yüngül şərtlərlə təslim olmağın yolların axtarmağa başlayacaqlar”, - Piontovski bildirib.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar