Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Nüvə düyməsi basılarsa: Ölümdən qaçmaq üçün 30 saniyəniz olacaq - ARAŞDIRMA

27-09-2022, 11:27   


Nüvə düyməsi basılarsa: Ölümdən qaçmaq üçün 30 saniyəniz olacaq - ARAŞDIRMA
  • Avropa və ABŞ siyasətçiləri Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə fövqəladə vəziyyət planları hazırlayır. 

Bu barədə “Financial Times” nəşri yazıb. “Biz Kremlə birbaşa, çox yüksək səviyyədə dedik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli olacaq. ABŞ və müttəfiqlərimiz buna sərt cavab verəcəklər və bunun nə ilə nəticələnəcəyini aydın və konkret şəkildə bəyan etmişik”, - ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. 

ABŞ-ın adı çəkilməyən yüksək rütbəli rəsmisinin sözlərinə görə, əgər Rusiya hakimiyyəti nüvə təhlükəsinin Ukraynanı təslim olmaq və ya ərazisinin 20 faizini verməklə qorxudacağını və ya müttəfiqlərini Ukraynaya kömək etməməklə qorxudacağını düşünürsə, xeyli yanılırlar. Digər iki adı çəkilməyən Qərb rəsmisi bildirib ki, Ukraynaya nüvə zərbəsi çətin ki ekvivalent qisasla nəticələnsin və çox güman ki, Qərb dövlətləri Rusiyanı cəzalandırmaq üçün hərbi cavab tədbirləri görəcəklər. 

Bir sıra rəsmilər əmindirlər ki,  Rusiya Prezidenti Vladimir Putin nüvə silahına əl atsa, ən çox ehtimal olunan ssenari yalnız döyüş meydanında istifadə üçün nəzərdə tutulmuş taktiki nüvə silahlarından istifadə etmək olacaq. 

Bəzi hərbi ekspertlərin fikrincə, Rusiya nüvə silahından istifadə etməklə hədələmək və ondan faktiki istifadə etməkdənsə, güzəştlər almağı üstün tutur. Bundan əlavə, Ukraynaya müdaxilə başlayandan bəri Rusiya hərbi qüvvələrinin zəif koordinasiyası onu deməyə əsas verir ki, nüvə zərbələri hərbi əməliyyatların nəticəsini dəyişməyə bilər. 

Maraqlıdır, nüvə hücumu baş verərsə, ondan necə qorunmaq olar? 

Cebhe.info bu sahə ilə bağlı olan mütəxəssislərin gəldiyi ümumi qənaətlər barədə araşdırma aparıb. 

Nüvə hücumu baş verərsə, yeməyə çıxmaq təhlükəlidir. Sığınacaqlı yerdə ən azı 48 saat qalmağınız şərtdir. Yanınızda yemək və tibbi ləvazimatların olması fikrinizi rahatlaşdıra və sağ qalmaq üçün diqqətinizi başqa şeylərə yönəltməyə imkan verə bilər. Özünüz üçün tez xarab olmayan qidalar yığın- düyü, buğda, lobya, bal, yulaf kimi qidaları tövsiyə edən mütəxəssislər onları sərin yerdə saxlamağın vacib olduğunu bildirir. Öncədən su ehtiyatı saxlamağınız da lazımdır. Bundan başqa, nüvə təsiri zamanı qorunmağın digər yolu öncədən tibbi ləvazimat almaqdır. Sizin ixtiyarınızda bir neçə tibbi ləvazimat olduqda bu, sizin üçün həyat və ölüm arasındakı fərq ola bilər. Sizə lazım olacaq: Əsas ilk yardım dəstini hazır satın ala və ya özünüz yarada bilərsiniz. Sizə steril sarğı, əlcəklər, qayçı, termometr lazım ola bilər. Müxtəlif alətlər almaq da tövsiyələr siyahısındadır. 

Fövqəladə hallara hazırlıq dəstini aşağıdakı kimi doldura bilərsiniz: Fənər və batareya, üz maskası, plastik sarğı və yapışqan lent, şəxsi təmizləmə üçün zibil torbaları, nəm salfet, qaz və su klapanlarını bağlamaq üçün açar və kəlbətin. 

Geosiyasi xəbərdarlıq işarələrindən başqa, qaçılmaz nüvə hücumunun ilk xəbərdarlığı çox güman ki, həyəcan siqnalı olacaq, əks halda partlayışın özünün də şahidi ola bilərsiniz. Nüvə silahının partlaması nəticəsində yaranan parlaq işıq partlama nöqtəsindən onlarla kilometr uzaqda görünür. Əgər siz partlayışın (və ya partlayış nöqtəsinin) bilavasitə yaxınlığındasınızsa və partlayışa davamlı bunkerdə deyilsinizsə, sizin həqiqətən sağ qalmaq şansınız yoxdur. Əgər bir neçə kilometr uzaqdasınızsa, istilik dalğası sizi vurana qədər 10-15 saniyə, şok dalğası sizi vurana qədər isə 20-30 saniyəniz olacaq. Hər halda, heç vaxt birbaşa qalxan işıq şüasına doğru baxmamalısınız. Bu, müvəqqəti korluğa səbəb ola bilər. 

Bununla belə, faktiki zərər partlayışın hündürlüyündən və hətta partlayış zamanı hava şəraitindən asılıdır. Sığanacaq tapmağınız da qorunma şərtləri içindədir. Əgər sığınacaq tapa bilmirsinizsə, yaxın ətrafınızda alçaq bir sahə axtarın və üz üstə yerə uzanın və dərinizi mümkün qədər bağlı saxlayın. Yuxarıdakı variantları tapa bilmirsinizsə, partlayış və istilik zərərindən təsirlənməyəcəyini düşündüyünüz binaya daxil olun. Bu, ən azı radiasiyadan qorunmanı təmin edəcək. Bunun əlverişli variant olub-olmayacağı binanın strukturundan və nüvə hücumunun nə qədər yaxın ərazidə olacağından asılıdır. 

Partlayış zamanı pəncərələrdən də uzaq durmağınız məsləhətdir. Əks halda bu şüşələrin də dağılması sizin üçün gözlənilməz sonluğu gətirə bilər. 

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar