Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ-ın nüvə planı var: Ancaq gizli saxlayır

26-09-2022, 14:33   


ABŞ-ın nüvə planı var: Ancaq gizli saxlayır 


"ABŞ Prezidenti Co Bayden administrasiyasının Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə necə davranacağına dair planı var". 

Cebhe.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Qeyd edək ki, Blinken detalları bölüşməkdən imtina edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin nüvə silahını işə salmaq qərarına gəlsə, Kremldə kiminsə ona “yox” deyəcəyi məlum deyil. "Hazırda Rusiya hakimiyyətində elə bir adam yoxdur ki, Putinə düzgün hərəkət etmədiyini desin. Bunun üçün həmin adamlarda nə qabiliyyət, nə də istək var", - deyə Blinken vurğulayıb. 

Həmçinin bildirək ki, sentyabrın 21-də Prezident Vladimir Putin Rusiya Federasiyasında qismən səfərbərlik elan etdikdən sonra yenidən Qərb ölkələrini nüvə silahından istifadə edəcəyi ilə hədələyib. 

Sevinc Tapdıqqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar