Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TƏCİLİ! Rusiya hərəkətə keçdi - 70 min insan... - FOTOLAR

23-09-2022, 16:57   


Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan etməsindən sonra ölkədə böyük çaxnaşma yaranıb.

Musavat.com xəbər verir ki, hərbi xidmətə çağırılma qorxusu ilə Rusiyanı tərk edənlər Azərbaycan, Türkiyə, Ermənistan və başqa qonşu ölkələrə üz tuturlar.

RUSLAR SƏRHƏDLƏRƏ AXIŞIB

 

Artıq minlərlə Rusiya vətəndaşı avtomobil yolu ilə Gürcüstana axın edib. Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars sərhəd qapısında 6 kilometrlik avtomobil növbəsi yaranıb. Sərhəd nəzarəti gücləndirilib, bəzi Rusiya vətəndaşları uzun növbələr və tıxac səbəbindən maşınlarda gecələməli olublar. Bəzi rusların gecə saatlarında skuter və velosipedlə sərhədi keçdiyi üzə çıxıb və bu, qısa müddət sonra qadağan edilib.

Müxalifət partiyaları və qeyri-hökumət təşkilatları Rusiyanın Ukraynaya hücumundan sonra iyulda 156 min, avqustda isə 260 min nəfərin gəlməsinə etiraz edərək, hökuməti ruslara viza tətbiq etməyə çağırıb. Hökumət rəsmiləri isə bu tələbi rədd edib.

Rusların qaçmağa üstünlük verdiyi ölkələrdən biri də Finlandiyadır. Rusiya vətəndaşlarının turist vizası ilə ölkəyə girişinə icazə verən Finlandiya sərhədçiləri Putinin səfərbərlik elan etməsindən sonra bir gecədə "fövqəladə sayda" Rusiya vətəndaşının sərhədə axın etdiyini açıqlayıb.

70 MİN NƏFƏR ÖLKƏNİ TƏRK EDİB

 

İngiltərənin “The Guardian” qəzetində yer alan xəbərə görə, ölkəni tərk edən rusların sayının 70 minə çatdığı düşünülür. Bu vətəndaşların əksəriyyəti birtərəfli bilet aldıqları üçün onların yaxın vaxtlarda geri qayıtması gözlənilmir.

Ölkəni tərk edənlərin seçdiyi şəhərlərdən biri də Antalyadır. Bildirilir ki, Türk Hava Yolları və digər aviaşirkətlərdə artıq biletlər tapılmır.

Turizm şirkətlərinin rəsmiləri Türk Hava Yolları reyslərində Antalyaya birtərəfli biletin qiymətinin 70 min TL-yə çatdığını, digər uçuş şirkətlərində isə 40-50 min TL arasında olduğunu bildirir.

Elan edilmiş qismən səfərbərlikdən sonra Almaniya hərbi xidmətə qoşulmaqdan imtina edən Rusiya vətəndaşlarına qucaq açıb. Almaniyanın daxili işlər naziri Nensi Fazer orduya qoşulmaq istəməyən Rusiya vətəndaşlarının sığınacaq üçün müraciət edə biləcəyini açıqlayıb. Repressiya ilə təhdid edilən rusların Almaniyada müdafiə ediləcəklərin deyən Fazer deyib:

"Putin rejiminə qarşı çıxan və bu səbəbdən də özünü böyük təhlükəyə atanlar Almaniyaya sığınacaq üçün müraciət edə bilərlər. Dövlətimiz aylardır təqib və təhdidlərə məruz qalan Rusiya rejiminin əleyhdarlarını qəbul edir".

Almaniyanın ədliyyə naziri Marko Buşman isə bildirib ki, Putin yoluna nifrət edən və liberal demokratiyanı sevən hər kəs Almaniyada qəbul olunur.

RUSİYA HƏRƏKƏTƏ KEÇDİ

 

Bildirilir ki, vətəndaşların ölkəni tərk etməsindən təşvişə düşən Rusiya hakimiyyəti hava limanlarında kişi sərnişinləri hərbi statusları ilə bağlı sorğu-sual etməyə və onların geri dönüş biletlərini yoxlamağa başlayıb.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsinə görə, səfərbərlik qərarına tabe olmayan və orduya qoşulmayanlar 3 ildən 10 ilədək həbs cəzasına məhkum edilə bilərlər.

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar