Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TƏCİLİ! Rusiya dediyini etdi, gərginlik artdı - Bu gün səhər saatlarında…

23-09-2022, 13:05   


Fevralın 24-də başlayan Ukrayna müharibəsi dünyanın bir nömrəli gündəm mövzusu olmaqda davam edir. Minlərlə insanın həyatına son qoyan, milyonlarla insanı didərgin salan, dünya iqtisadiyyatına ziyan vuran müharibə 7 ayı geridə qoyub. Ukrayna itirdiyi torpaqları azad etmək üçün bu ayın əvvəlində əks hücuma keçib.

Ukraynanın uğurlu əks-hücumun əməliyyatlarından sonra Rusiya əvvəlcə Donetsk, Luqansk və Xerson vilayətlərində referendum keçirəcəklərini, sonra isə qismən səfərbərlik elan olunduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, bütün dünyanın sərt reaksiyalar verməsinə baxmayaraq, bu gün səhər saatlarında Luqansk, Donetsk, Xerson və Zaporojye əyalətlərində Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilir.

Proses bu gün səhər saat 08:00-da başlayıb və sentyabrın 27-dək davam edəcək.

Luqansk vilayətinin qubernatoru Sergey Qayday “Telegram”da yazıb ki, Rusiya qüvvələri əhalini səsverməyə məcbur edir və ərazini tərk etməyi qadağan edir.

“Bizdə olan məlumata görə, işğalçılar öz silahlı dəstələri ilə qapı-qapı gəzərək insanları referendumda iştirak etməyə məcbur edirlər”, - Qayday bildirib.

Qərb mətbuatında yer alan xəbərə görə, referendumla əlaqədar sentyabrın 23-dən 27-dək yerli əhalinin şəhəri tərk etməsi qadağan edilib. Bəzi şirkətlər Rusiyanın ilhaq planında iştirak etməyən insanları işdən qovacağını açıqlayıb, yerli sakinlərə isə səsvermədə iştirak etdiklərinə görə mükafatlar vəd olunub.

Rusiyanın referendumla bağlı qərarı müharibədə gərginliyi kəskin şəkildə artıracaq addım və Qərbə açıq təhdid kimi şərh olunur.

İddia edilir ki, referendumun nəticələrinin ilhaqın lehinə olacağı əvvəlcədən müəyyən edilib.

Ukrayna və onun müttəfiqləri isə nəticəni tanımayacaqlarını açıq şəkildə bəyan edir. NATO, BMT, ATƏT kimi təşkilatlar, ABŞ və bir çox Avropa ölkələri referendumun qeyri-legitim və qeyri-qanuni olduğunu vurğulayır.

Digər tərəfdən Ukrayna prezidenti Volodimir Zelenski rusları Putinin səfərbərlik qərarına etiraz etməyə çağırıb:

"Bu müharibədə 6 ayda 55 min rus əsgəri ölüb, On minlərlə insan yaralanıb və şikəst olub. Daha çoxunu istəyirsiniz? Yox? Onda etiraz edin. Rusiyanın səfərbərlik qərarı ordunun tab gətirmədiyini və parçalandığını açıq şəkildə etiraf edir”.

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar