Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Müharibə nə vaxt bitəcək? - “Rusiyada çevriliş olacaq…”

21-09-2022, 18:13   


Müharibə nə vaxt bitəcək? - “Rusiyada çevriliş olacaq…”


“Ukraynada müharibəni davam etdirmək üçün Rusiyanın hərbi potensialı aşağısı 2023-cü ilin yayına qədər çatacaq”.

Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibiktski bildirib.

Onun sözlərinə görə, hər şey Ukraynaya olunan beynəlxalq yardımdan və anti-Rusiya sanksiyalarından asılı olacaq.

Skibiktski söyləyib ki, artıq Rusiyanın resursları tükənib və ruslar bundan sonrakı döyüşlərdə iflasa uğrayacaqlar.
Qeyd edək ki, Ukrayna tərəfinin bu açıqlaması müharibənin qısa müddətdə bitməyəcəyi kimi ehtimalların səslənməsinə səbəb olub.

7 aydır davam edən müharibə Rusiya və Ukrayna ilə yanaşı, dünya üçün də ağır fəsadlara yol açıb. Belə ki, müharibədən sonra başda qida məhsulları olmaqla dünyada hər şeyin qiyməti bahalaşdı və kəskin inflyasiya yaşandı. Bu səbəbdən də bir çox ölkələr müharibənin bitməsi üçün hər iki tərəfə ciddi təzyiq göstərirlər. 

Son zamanlarda Ukrayna ordusunun uğurlu əməliyyatları fonunda yaxın aylarda müharibənin yekunlaşa biləcəyi ilə bağlı ümidlər yaranmışdı. Lakin son açıqlama isə fərqli sulların meydana gəlməsinə səbəb oldu.

Ümumiyyətlə, Ukrayna kəşfiyyatının açıqlaması nə dərəcədə doğrudur? Həmçinin, müharibə nə zaman bitə bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin bu açıqlaması informasiya müharibəsinin tərkib hissəsidir:

“Yəni bu, daha çox informasiya müharibəsinə bənzəyir. Çünki Rusiya hərbi sənaye kompleksinin imkanlarını xarakterizə edəndə onların silahlarının bitəcəyi kimi fikirlər mütəxəssislər üçün bir qədər gülməli gəlir. Bu, məsələlərdən məlumatsız Ukrayna cəmiyyəti üçün hesablanmış informasiyadır. Düşünürəm ki, bu kimi informasiyalar müharibənin başa çatması və ya uzanması kimi məsələlərə təsir edə bilməz”.

Ekspert əlavə edib ki, müharibənin nə zaman bitəcəyini hələ heç kim deyə bilməz:

“İndiki şəraitdə əgər Ukrayna hansısa güzəştə gedərsə, tərəflər arasında atəşkəs imzalanacaq. Ümumiyyətlə, reallığı danışmaq lazımdır. Yəni Rusiyanın kifayət qədər potensialı var. Hesab edirəm ki, “Rusiya dağılacaq, Rusiyada çevriliş olacaq” kimi populist fikirlər həqiqətəuyğun deyil”.

Elmir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar