Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Əvəz də belə getdi, növbədə mənəm…” – Sabiq deputat həbsinin ANONSUNU VERDİ

10-09-2022, 18:03   




Sabiq deputat Etibar Hüseynov jurnalist Əvəz Zeynallının saxlanılması barədə fikirlərini bölüşüb.

O, ölkədə ciddi proseslərin getdiyini vurğulayaraq fikirlərini bu cür ifadə edib:

“Dövlətinə, prezidentinə sədaqətli, həqiqətləri deyən hər kəsin müxtəlif adlarla torbası tikilib həbs edilir. Əvəz də belə getdi. Növbədə mənəm, bunu bilin. Özü də bunu kimlərin əli ilə edirlər? Harada bir satqın, ikiüzlü, yediyi qaba tüpürən varsa, onların..”.

Sabiq deputat həbs edilməyə hazır olduğunu əlavə edib: “Azadlıqda bu cür məxluqlarla eyni havanı udmaqdansa,  elə “içəri”də oturmaq yaxşıdı”.

Qeyd edək ki, jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb. “Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək”, deyə Baş Prokurorluqdan məlumat verilib.

Orxan

savash.org



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar