Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağ əlillərinə verilən mənzillər geri alına bilər? - RƏSMİ

8-09-2022, 16:42   


Qarabağ əlillərinə verilən mənzillər geri alına bilər? - RƏSMİ


Ölkəmizdə əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün onlara bir çox güzəştlər tətbiq olunur və sosial yardımlar edilir.

Xüsusilə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzil və minik avtomobilləri ilə təmin edilirlər. Bu təminatı dövlət büdcəsi hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Lakin minik avtomobili verilən şəxs həmin maşını satmaq hüququna malik deyil. O, yalnız səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilmiş avtomaşını idarə etməkdə çətinlik çəkərsə, onda həmin avtomaşının idarə olunmasını onunla birlikdə yaşayan, sürücülük vəsiqəsi olan ailə üzvünə həvalə edə bilər. Bunun üçün də bəzi sənədlərin nazirliyə təqdim olunması tələb olunur. Eyni zamanda, əlillərə verilən evlərə də şəhadətnamə (kupça) verilmir. Bu da insanlarda bir sıra suallar doğurur.

Bəs əlillərə verilən mənzillər hansı halda geri alına bilər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, əlillərə verilən mənzillər geri alınmır.Məlumatda qeyd olunub ki, ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib:

“Xüsusilə, postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, 3800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Həmin vətəndaşlara mənzillər və ya fərdi evlər verildikdə geri alınmır və indiyə qədər belə bir hal baş verməyib”.

Günay Şahmar
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar