Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Meymunçiçəyi: İnfeksiyanın yayılması sürətlənə bilər?

6-09-2022, 13:50   


Meymunçiçəyi: İnfeksiyanın yayılması sürətlənə bilər?


Dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 mini keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, hazırda xəstəliyə yoluxanların sayı 50 496 nəfərə çatıb.

Ən çox yoluxma halı ABŞ-da aşkarlanıb - 17 994. Bundan başqa, İspaniya, Braziliya, Fransa, Almaniya və Britaniyada da yoluxma halları çoxdur.

Artıq virusun yeni ştammları da yaranıb. 

Ötən gün Böyük Britaniyalı həkimlər də meymunçiçəyinin yeni ştammına yoluxma halı aşkar ediblər.

Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

İlkin məlumata görə, Liverpul Kral Universitetinin xəstəxanasına çatdırılan yoluxmuş şəxs bu yaxınlarda Qərbi Afrika ölkələrindən birinə səfər edib.

Qeyd olunub ki, söhbət Böyük Britaniyada müşahidə olunan cari epidemiya üçün xarakterik olmayan ştammdan gedir.
Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Lakin yeni ştammların yaranması qorxu yaradır.

Cebhe.info-ya açıqlamasında həkim-radioloq Aydın Əliyev deyib ki, qorxu yaratmağa dəyməz:

"Təqribən, 4-5 ay ərzində 50 min yoluxmanın olması qətiyyən təhlükəli deyil. Çünki biz koronavirusda tam əksini görmüşdük. Yoluxma bir neçə ayda artıq milyonları əhatə etmişdi. Bu, o deməkdir ki, meymunçiçəyi virusunun yoluxuculuğu çox deyil. Ona görə də bunun pandemiyaya çevirilməsi də gözlənilmir. Düşünürəm ki, hava soyuduqca meymunçiçəyinə yoluxma da azalacaq. Bu mutasiya da getdikcə yüngülləşəcək. Çünki vəziyyət koronavirusdakı kimi deyil. Həmçinin, Azərbaycanda da xəstəlik aşkarlanmayıb. Buna görə də qorxu yaratmağa dəyməz".

Naibə
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar