Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sertifikatlaşdırmanın müsahibə mərhələsi necə təşkil olunacaq?

2-09-2022, 13:24   


Sertifikatlaşdırmanın müsahibə mərhələsi necə təşkil olunacaq?


Sertifikatlaşdırma prosesinin imtahanın mərhələsi başa çatıb.

Prosesin ilkin mərhələsinin başa çatması ilə bağlı təhsil naziri videomüraciətində bildirib ki, sertifikatlaşdırma imtahanına dəvət edilmiş müəllimlərin 97 faizindən çoxu imtahanda iştirak edib.

Nazir qeyd edib ki, imtahanda uğur qazanmış müəllimlər bunu öz əmək haqqlarında hiss edəcəklər: 

“Sertifikatlaşdırmanın ilkin mərhələsindəyik. Bu proses gələcəkdə də davam edəcək. Növbəti 5 ildə ölkənin bütün bölgələrini, bütün fənn müəllimlərini əhatə edəcək”.

Qeyd edək ki, sertifikatlaşdırmanın ikinci mərhələsi müsahibə mərhələsidir.

Müsahibə mərhələsi nə vaxt təşkil olunacaq, suallar hansı istiqamətdə olacaq və numunələr varmı?

Bununla bağlı Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Cebhe.info-ya bildirdi ki, müsahibə mərhələsi ilə bağlı məlumat veriləcək, hələ dəqiq deyil.

Qeyd edək ki, bur müddət öncə Elm və Təhsil Nazirliyinin məlumatında təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsində müəllimlərin 5 istiqamət üzrə bilik və bacarıqlarının yoxlanılacağı göstərilirdi.

Buraya-proqram üzrə mövzunu təqdimetmə bacarığı, təhsilalanları qiymətləndirmə bacarığı, özünü təqdimetmə bacarığı, pedoqoji prosesi təşkiletmə bacarığı, ünsiyyət bacarığı daxildir. Bu mərhələdə təhsilverənlər həmin meyarlar əsasında maksimum 40 balla(4 ballıq şkala ilə)qiymətləndiriləcək. Müsahibə zamanı azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Müsahibə mərhələsində  hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılacaq. 

Nigar Abdullayeva
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar