Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıdan Laçına avtobus reysi açılacaq? - RƏSMİ

30-08-2022, 14:59   


Bakıdan Laçına avtobus reysi açılacaq? - RƏSMİ


Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə sərnişinlərin səfəri davam edir.

Şuşa, Ağdam, Füzuli şəhərlərinə təşkil edilən müntəzəm avtobus reyslərinə sentyabr ayına olan biletlər satışa çıxarılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Zabux və Sus kəndləri nəzarətə götürülüb. Laçın şəhərində ilk dövlət qurumu fəaliyyətə başlayıb, azan səslənib. Bir sözlə, Laçın işğaldan atam azaddır və vətndaşları digər rayon və şəhərlər kimi Laçına da getmək istədiklərini dilə gətiriblər. 

Digər şəhər və rayonlarla yanaşı, Laçına da avtobus səfərləri təqdim olunacaqmı? Buna hansı tarixdən başlanılacaq?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Tural Orucov bildirib ki, bununla bağlı hələlik heç bir qərar yoxdur:

“Bu barədə məlumatımız yoxdur. Bununla bağlı qərar verildiyi halda ictimaiyyətə təqdim olunacaq”.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk reys iyunun 25-də həyata keçirilib. Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində tarixi, mədəni və dini abidələr ziyarət olunur.

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar