Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yasamal “sürüşür”: “Yola torpaq...” - FOTOLAR

29-08-2022, 12:46   


Yasamal “sürüşür”: “Yola torpaq...” - FOTOLAR


Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçikmiqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.

Hadisə səhər saat 06:00 radələrində baş verib. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07:42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib.

Hadisə ilə bağlı Bakı İcra Hakimiyyətindən Cebhe.info-ya bildirdilər ki, Q.Xəlilov küçəsindəki yamacda sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb: 

“Proses səhər saatlarında baş verib. Əslində sürüşmə hadisəsi deyil, yola torpaq tökülüb. Dərhal aradan qaldırılıb. Elə də ciddi hadisə deyil, səkiyə bir maşın torpaq tökülüb. Saat 7:30-da təmizlənib”.

Nigar Abdullayeva
Cebhe.info

 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar