Məsələ ilə bağlı Konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu insanların məqsədi gənc nəsli incidib dövlətin əleyhinə qaldırmaqdır: “Çox ağıllı və müdrikcəsinə aparılan ideoloji siyasətdir. Ona görə də, bu universitetin rektoru haqqında Korrupsiyaya Qarşı Mübaarizə Baş İdarəsinə şikayət ünvanlamaq lazımdır. Tələbələrdən rüşvət alan yerdə tutmaq lazımdır ki, ağılları başlarına gəlsin. Çünki bu cür rektorlar Azərbaycanın üz qarasıdır. Təhsil müəssisəsində tələbədən pul tələb etmək Azərbaycan gəncliyinin tərbiyəsinin pozulmasına səbəb olan amildir. Eyni zamanda təhsil sisteminə ən böyük xəyanətdir”.
Hafiz Hacıyev əlavə edib ki, rektor Elçin Babayev o yerə layiq olmayan adamdır: “Dövləti və dövlətçiliyi sevdiyimizə, eləcə də gələcək nəslin tərbiyyəli-savadlı olmasına görə deyirik ki, Bakı Dövlət Universiteti kimi bir təhsil ocağı bu adamın (Rektor Elçin Babayev – red) yeri deyil. Onun yaxın vaxtlarda yeri ya “Bandotdel”, ya da “DTX” olacaq”. Çünki bu cür insanlara qarşı çox ciddi mübarizə aparmaq lazımdır”.
Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar. Prezident dəfələrlə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparıldığını vurğulayır. Amma Mehdiyevin komandasının çox hissəsi hələ də müxtəlif vəzifələrdə oturublar. Bu insanlar da ölkədə qarışıqlıq salmaq, insanları incitmək, xalq-dövlət arasında uçurum yaratmaq üçün əllərindən gələni edirlər. Bunlardan biri də Ramiz Mehdiyevin vaxtilə BDU-ya rektor təyin etdirdiyi Elçin Babayevdir. Ona görə də, bunların hamısı tutduğu postlardan kənarlaşdırılmalıdır”.