Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakının mərkəzi yolları bu gündən açılacaq

13-06-2022, 13:36   


Bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, 10 - 12 iyunda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində bağlanmış prospekt və küçələr bu gündən etibarən sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildirir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar