Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

COVID pasportları ləğv ediləcək? - AÇIQLAMA

15-04-2022, 11:00   




COVID pasportunun ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
APA xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılır.
“Bu, ölkədə COVID-19 infeksiyasının yayılması tezliyi əsasında müəyyənləşir. Bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər əsasında dəyərləndirilir. Ümid edirik ki, yaxın vaxtlarda verilən təkliflərlə bağlı da qərarlar qəbul ediləcək və digər məhdudiyyətlər də aradan qaldırılacaq”, - Vüqar Qurbanov qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar