Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kremldən Delyaginin Bakı ilə bağlı çıxışına reaksiya

29-03-2022, 14:57   




Kreml Qarabağla bağlı emosional bəyanatlardan çəkinməyə çağırır, Moskva vəziyyəti normallaşdırmaq üçün səy göstərir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin “Rusiya 24” kanalında yayımlanan “60 dəqiqə” verilişinin efirində Bakıya qarşı təxribatçı çıxışını şərh edərkən deyib.
“Bu bəyanat heç bir halda Rusiyanın rəsmi xəttinə uyğun gəlmir və uyğun ola da bilməz. Bu, daha çox şəxsi emosiyalar müstəvisində bəyanatdır. Əlbəttə, biz bu emosiyaları cilovlamağa və bu cür bəyanatlardan çəkinməyə çağırırıq. Xüsusilə Azərbaycanla bağlı bəyanatlarda. Azərbaycan tərəfdaş ölkələr kateqoriyasına aiddir. Rusiyanın Qarabağ bölgəsində sülhün qorunması və tərəflərin bütün müvafiq öhdəliklərinin yerinə yetirilməsi üçün çalışdığı bir şəraitdə diqqətli olaq”, - Peskov bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar