Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsinə tətbiq olunan limitin artırılması məsələsi son illlər gündəmdədir.Məlumdur ki, müəyyən edilmiş tarifə əsasən, ay ərzində istifadə ediləcək təbii qaz və işığın məbləği bəlli mərhələdən sonra ikiqat hesablanır. Bu da abunəçilərin budcəsinə maddi cəhətdən mənfi təsir göstərir. Limitin ləğvi və ya artırılması məsələsi dəfələrlə gündəmə gəlsə də, hələlik heç bir nəticə əldə olunmayıb.
Qaz və işığın limitində hansısa dəyişikliyin edilməsi gözlənilirmi?
Mövzu ilə bağli
Cebhe.info-ya danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bildirib ki, zamanında yaranmış çətinliyi aradan qaldırmaq və müəyyən dərəcədə əhalinin işıq, qaz sərfiyyatında az ödəniş etməsi məqsədilə limit tətbiq edildi:
“Son dövrlərdə bu limit qısa müddətdə nəzərdə tutulan hesabı aşır və xərcləri qarşılmaq üçün çoxlu vəsait tələb olunur. Dəfələrlə hökumət qarşısında, Milli Məclisdə seçicilərin istəyinə uyğun olaraq sözügedən problemlərin həlli məqsədilə təkliflər səsləndirilib. Hökumət mümkün olduğu təqdirdə bu məsələyə baxacağını bildirib".Deputat bildirib ki, dünya bazarında qazın və neftin qiyməti bahalaşır:
“Bu da Azərbaycan üçün əlavə gəlir deməkdir. Bunun davamlı olacağı təqdirdə isə hökumət limit məsələsinə yenidən baxa bilər.Qaz və işığın limitinin artırılması yox, ümumilikdə limit məsələsinin aradan qaldırılması, vahid tarifdən hesablamaların aparılması çox yaxşı olar. Vətəndaşlar sərfiyyatı daha rahat hesablaya bilsinlər, çaşğınlıq yaranmasın. Həm də insanların xərcləri müəyyən dərəcədə azalsın. Düşünürəm ki, bir az səbr etmək lazımdır. Hökumət imkan olduğu təqdirdə məsələyə mütləq baxacaqdır. Ölkə Prezidentinin hökumət qarşısına qoyduğu ən əsas məqsəd və tapşırığı vətəndaşların sosial rifahının yaxşılaşdırılması və onlara yüksək səviyyədə xidmətin göstərilməsidir. Əhali üçün ən optimal, ən az xərc tələb edən variant düşünüləcəkdir. Hazırda isə biz limit çərçivəsində öz işimizi qurmalıyıq. İnanıram ki, qısa müddətdə əhalinin istəyi yerinə yetiriləcəkdir".Şəlalə Babayeva
Cebhe.info