Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sabah hava necə olacaq? - Yağış, qar gözlənilir

23-03-2022, 13:40   



Sabah hava necə olacaq? - Yağış, qar gözlənilir
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir  yağıntılı olacağı gözlənilir
Milli Hidrometeorologiya Xidmətindən daxil olan xəbərə görə, gecə və səhər bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var.  Gündüz yağıntıda qısamüddətə fasilə olacaq. Mülayim cənub-şərq küləyi əsəcək
Havanın temperaturu gecə 1-3° isti, gündüz  6°-dək isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi  770  mm civə sütunundan 760  mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə  1° şaxtadan 4°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz  0-5° şaxta olacaq.   
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar