Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PREZİDENT 3 RAYONA YENİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Fotolar + DOSYELƏR (Yenilənib)

18-02-2022, 12:53   




Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 Coşqun CəbrayılovCoşqun Cəbrayılov bu vəzifəyə qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. 
Ondan əvvəl isə Bakı meri Eldar Əzizovun köməkçisi kimi fəaliyyət göstərib. Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. Daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 Elxan İbrahimovElxan  İbrahimov bu vəzifəsindən əvvəl Şamaxı rayon İcra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub. Azərbaycan Kooperasiya Universitetində təhsil alan Elxan İbrahimov sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib, rus və ingilis dillərində sərbəst danışır. Əvvəllər ölkəmizdə bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Ailəlidir, 3 övladı var.
Prezident İlham Əliyevin daha bir sərəncamı ilə  Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 Elgin HəbibullayevQeyd edək ki, E.Həbibullayev bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsində çalışıb. Bu vəzifəyə qədər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının köməkçisi, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçının köməkçisi, sonra isə müavini olub.
azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar