Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ramiz Mehdiyev: "Cənab Prezidentin mənə münasibəti çox istidir"

15-02-2022, 13:49   


Ramiz MehdiyevŞƏKLİN MƏNBƏYİ,ELMLƏR AKADEMIYASI

Ramiz Mehdiyev Elmlər Akademiyasının prezidentliyindən onunla bağlı yayılan məlumatlara görə yox, yaşına görə istefa verib. O bunu Rəyasət Heyətinin bazar ertəsi keçirilmiş iclasında bildirib.

Elmlər Akademiyasının (EA) mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, akademik Ramiz Mehdiyev "son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə" qərar verib.

Bazar ertəsi Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev BBC News Azərbaycancaya bildirmişdi ki, Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev qısa çıxış edərək istefa verdiyini və Rəyasət Heyətindən onun istefasının qəbulunu xahiş edib.


EA-nın mətbuat xidmətinin məlumatına görə, Ramiz Mehdiyev bildirib ki, ölkə başçısı Prezident İlham Əliyevin ona münasibəti "isti olub".

"Cənab Prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar", - deyə Ramiz Mehdiyev bildirib.

Akademik istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini deyib.

Bir neçə gündür ki, 84 yaşlı Ramiz Mehdiyevin ünvanına iqtidaryönlü siyasətçilərdən, elm adamlarından sərt tənqidlər səslənirdi. Onun Elmlər Akademiyasındakı fəaliyyətini tənqid edənlər Ramiz Mehdiyevi istefa verməyə çağırırdılar.

O, "Amerikanın səsi"nə verdiyi açıqlamasında istefa verməyəcəyini, onu istefaya göndərmək səlahiyyətinin də ölkə prezidentinə məxsus olduğunu demiş, əlavə etmişdi ki, sağlamlığında heç bir problem yoxdur, özünü yaxşı hiss edir.

Ramiz Mehdiyev kimdir?

1938-ci ilin aprelində Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin məzunudur. Fəlsəfə elmləri doktoru, akademikdir. Həqiqi dövlət müşaviridir.


Tərcümeyi halındakı çoxsaylı titullar içərisində, Azərbaycanda Kommunist partiyası mərkəzi komitəsinin katibi vəzifəsi də var.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan az sonra o da hakim komandaya daxil olur. 1994-1995-ci ildə Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiri işləyib, 1995-ci ildən Prezident Administrasiyasının rəhbəri idi.

O, 2019-cu ilin oktyabrında bu vəzifəsindən azad olunandan sonra Elmlər Akademiyasının prezidenti olaraq fəaliyyətinə davam etmişdi./bbc.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar