Azərbaycanda COVID-19 virusu əleyhinə peyvəndlənmə prosesi davam edir.Hazırda üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir.
Maraqlıdır, Azərbaycanda kimlər 3-cü doza vaksin vurdurub?
Cebhe.info bununla bağlı tanınmış şəxslər arasında sorğu keçirib:
*Millət vəkili, Milli Məclisin Əmək və Sosial Siaysət Komitəsinin sədri Musa Quliyev hər üç dozada "Sinovac" şirkətinin "CoronaVac" vaksinini vurdurub.*Tanınmış androloq-uroloq Vasif İsmayıl öz şəxsi “Facebook” səhifəsində 3-cü doza vaksin olunduğunu yazıb. Yanvar və fevral aylarında "CoronaVac" peyvəndi olunan həkim 3-cü doza “Pfizar” peyvəndini seçib.
*Millət vəkili Naqif Həmzəyev də 3-cü doza vaksin vurduranlar sırasındadır. Deputatın seçimi “Pfizer” peyvəndidir. O da 3-cü doza peyvənd olunduğunu öz şəxsi “Facebook” hesabında paylaşıb.
*Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə də hər 3 dozada vaksin olunduğunu deyib. 68 yaşlı deputatın seçimi “Pfizer” olub.
Qeyd edək ki, “COVID-19 sertifikatı” müddətsizdir və 3-cü dozanın vurulması onun müddətinə təsir etmir.
Günay Şahmar
Cebhe.info