
Bərdədə məskunlaşan Xocalıdan olan məcburi köçkün Nazim Turbəndiyevə övladları ilə görüşə maenələr yaradılır. Bu barədə məcburi köçkünün
ANAXEBER.info-ya ünvanladığı müraciətində bildirilir: “Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası 15 noyabr 2019-cu il tarixdə mənə azyaşlı uşaqlarımla hər həftənin şənbə, bazar və bayram günləri unsiyyət hüququ verilməsini uyğun bilib . Bunun əsasında Xocalı Rayon Məhkəməsi 24 iyul 2020 - ci il tarixə uşaqlarımla mənə hər həftənin cümə, şənbə, habelə bayram günləri saat 15 : 00 - dan 20 :00 -dək, hər həftənin bazar günləri isə 12:00- dan 16: 00 - dək ünsiyyət hüququ verib. Cavabdeh Turbəndəyeva ( Ağayeva) Afət Aslan qızı anasının və Xocalının deputatı Elman Məmmədovun və Xocalının icra başçısının birinci müavini Vahid Əliyevin himayə etdiyi Cəmilli kənd icra nümayəndəsi Qəhrəmanov Ramizin göstərişi ilə Xocalı Rayon Məhkəməsinin bu qərarından apellyasiya sikayəti verib”. Nazim Türbəndiyevin sözlərinə görə, Gəncə Apellyasiya Məhkəməsi 11 fevral 2021-ci il tarixdə işə baxarkən Turbəndəyeva ( Ağayeva) Afətdən atayla övladlarının ünsiyyətinə bir daha mane olmamaq barədə izahat alıb. Bundan sonra Afət Türbəndiyeva (Ağayeva) apellyasiya şikayətindən imtina edib: “Gəncə Apellyasiya Məhkəməsi Xocalı Rayon Məhkəməsinin 24 iyul 2020 - ci il tarixli qətnamasin dəyişdirmədən qüvvədə saxlayıb . Həmin qətnamə icra olunmaq üçün 29 aprel 2021 - ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinə daxil olub və 10 gün müddətində icra olunmalıdır . Ancaq buna baxmayaraq 4 aya yaxın vaxt keçməsinə baxmayaraq Məhkəmə qərarı hələ də icra edilməyib . Belə ki, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qasımzadə Məhəmmədəli 05 may 2021- ci il tarixdə mənə zəng edərək 06 may 2021- ci il tarixdə saat 15 : 00 -da uşaqlarımla mənim görüşümü təşkil edəcəklərini bildirib. O bu məqsədlə məni Bərdə rayon İcra və Probasiya şöbəsinə dəvət edib. Mən deyilən vaxtdan təxminən 5 dəqiqə əvvəl icra şöbəsində oldum. Ancaq icra məmuru Məhəmmədəli Qasımzadən orada yox idi. Təxminən 20 - 30 dəqiqə gözlədikdən sonra uşaqlarımın anası, nənəsi, mənim və övladlarımın tanımadığımız idmançı cüssəli 2 nəfər şəxslə gəldilər. Bunlar 30 iyul 2020 - ci il tarixdə oğlumu məhkəmədə mənimlə qalmaq istədiyini deməsin deyə Elman Məmmədovun və Qəhrəmanov Ramizin xüsusi olaraq oğluma təsir gostərmək üçün ayırdıqları şəxslərdir . Ancaq onda 3 nəfər idilər, bu dəfə isə 2 nəfər . İcra şöbəsinin dəhlizində oğlumun məni görən kimi dərhal onlardan ayrılıb mənimlə görüşmək üçün mənə tərəf gəldiyini görüb mən də ona tərəf gedərkən Türbandəyeva (Ağayeva) Afət əvvəlcədən planlaşdırılmış şəkildə oğlumu tutub qolun möhkəm cimdikləyib ağlatdı və usaqlarımın anası və nənəsi qəsdən cığır - bağır saldılar . Bu zaman Qəhrəmanov Ramizin və İcra şöbəsinin Xocalıdan olan rəisi Rusif Quliyevin əvvəlcədən hazırladıqları ssenariyə əsasən eyni zamanda müxtəlif otaqlardan bir neçə icra məmuru və rəis Rusif Quliyev çıxaraq mənə qarşı kobud ifadələr işlədərək üstümə hücum çəkdi. Sonra Rusif Quliyev otağına getdi və məni otağa çağırtdırdı. Mən rəis Rusif Quliyevin otağına girərkən o mənə qarşı nəinki rəisə , heç küçə uşağına da yaraşmayan ifadələr işlətdi və məndən telefonumu verməyi tələb etdi. Mən üstümdə telefon olmadığımı desəm də , o israrla məndən telefonumu çıxarıb verməyi tələb etdi və qışqıraraq dedi ki, axtarın bunun üstünü . Rəisi otağında 3 nəfər mənim qolumu burub üstümü axtardılar . Bir şey tapmadıqlarını görəndə Rusif Quliyev dedi ki, aparat gətirin. Sonra mənim üstümü aparatla yoxladılar. Qeyd edim ki, mən ondan əvvəl bir neçə dəfə icra şöbəsində olmuşdum, Rusif Quliyevin mənə qarşı münasibətinin cox pis olduğunu , onun Qəhrəmanov Ramizlə yaxın münasibətinin olduğunu və eləcə də mənə zəng edib icra şöbəsinə dəvət edən icra məmuru Qasımzadə Məhəmmədəlinin orada olmadığını bilən kimi mənə qarşı təxribat hazırlandığını hiss edib telefonumu saxlamaq üçün getdiyim taksinin sürücüsunə vermişdim”. Nazim Türbəndiyev yazır ki, əlində sənədləri portfeli ondan alaraq rəisin otağından çıxarıblar. Çöldə də şikayətçiyə qarşı təzyiqlər edilib və uşaqları ilə görüş imkanı verilməyib. Şikayətçinin sözlərinə görə, onu əslində şərləmək üçün probasiya şöbəsinə dəvət ediblər. Nazim Türbəndiyev bildirib ki, bundan sonra da bir neçə dəfə oxşar halla üzləşib. Şikayətçinin sözlərinə görə, bütün bunların arxasında deputat Elman Məmmədov, Xocalının icra başçısının müavini Vahid Əliyev və Cəmilli kənd icra nümayəndəsi Ramiz Qəhrəmanov dayanır. ANAXEBER.info